İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müəllimlər sertifikatlaşdırmadan kəsilməyib 

“30 yaşa qədər olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında sertifikatlaşdırmadan kəsilən olmayıb”.

Musavat.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.

kamran.jpg (28 KB)

Ekspert qeyd edib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında 25 yaşa qədər və 25-29 yaş aralığında olanların hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.

“Belə ki, yaş aralıqlarına əsasən, uğurlu nəticə toplayan ibtidai sinif müəllimlərinin faizi belədir: 30-34 – 97%, 35-39 – 85%, 40-49 – 83%, 50-59 – 85%, 60 və daha yuxarı yaşda olanlar isə 92% olmaqla, ümumilikdə onların 86%-i müvafiq keçid balını toplaya biliblər. Digər tərəfdən, yerdə qalan 14% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.

Bununla yanaşı, uğurlu nəticə toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin yaş qrupları üzrə paylanması faizi belədir: 30-34 – 99%, 35-39 – 96%, 40-49 – 94%, 50-59 – 90%, 60 və daha yuxarı yaşda olanlar isə 90% olmaqla, ümumilikdə onların 94%-i müvafiq keçid balını toplaya bilib. Yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib”, - deyə Kamran Əsədov bildirib.

Xatırladaq ki, ölkədə təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3909-u müvafiq keçid balını toplaya bilməyib.

Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib. Onlardan 31 852-si ibtidai sinif, 9892-si Azərbaycan dili və ədəbiyyat, 8807-si riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.

Sertifikasiya imtahanlarında 20 faiz (6238) müəllim yüksək nəticə göstərib. 10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb.

Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR