İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaxşı universitetləri - Türkiyənin 5 ali məktəbi də SİYAHIDADIR

Dünyanın ən yaxşı universitetləri siyahısında Massaçusets Texnologiya İnstitutu (MIT) yenə birinciliyini itirməyib.

"QS 2025 World University Rankings"in məlumatına görə, ABŞ-ın aparıcı universitetlərindən olan MIT 13-cü dəfə siyahının başında adını yazdırıb.

MIT-i London İmperial Kolleci və Oksford Universiteti izləyir.

Harvard Universiteti bu il 96,8 balla 4-cü yerdə qərarlaşıb. Sonrakı yerdə 96,7 balla Kembric Universiteti gəlir.

Bu il Türkiyənin 5 universiteti ilk 500 universitet siyahısına daxil olub. ODTÜ 285-ci, İstanbul Texniki Universiteti 326-cı, Koç Universiteti 401-ci, Boğaziçi Universiteti 418-ci, Bilkent Universiteti 477-ci pillədə qərarlaşıb.

Reytinqdə istifadə olunan meyarlar aşağıdakılardır:

- Akademik reputasiya və işəgötürən reputasiyası

- Fakültə-tələbə nisbəti

- Bir müəllimə düşən istinad sayı

- Beynəlxalq fakültə nisbəti

- Beynəlxalq tələbə nisbəti

- Beynəlxalq tədqiqat şəbəkəsi

- Məşğulluq nəticələri

- Davamlılıq/Dayanıqlılıq

(Modern.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR