İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdən Azərbaycana 200 min dollarlıq tütün məmulatları keçirilməsinin qarşısı alındı

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200.000 ABŞ dolları dəyərində ümumilikdə 28.836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR