İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: İngiltərə millisi 1/4 final mərhələsinə vəsiqə qazandı

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.

Qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.

Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellingem İngiltərə millisinin bərabərlik qolunu vurub. Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.

***

22:05

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.

Musavat.com xəbər verir ki, Harri Keyn 91-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib. Slovakiya yığmasından İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

@@TVmusavat/89661@@

***

21:58

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxt oynanılacaq.

Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib.

Slovakiya millisinindən İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

***

21:05

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ikinci hissə başlayıb.

Hazırda davam edən matçda Slovakiya yığması hesabda öndədir - 1:0.

İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

***

20:50

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ilk hissə başa çatıb.

Slovakiya yığması fasiləyə 1:0 üstünlüklə yollanıb.

İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

***

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

İvan Şrants 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

***

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.

Qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR