İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

UNEC-də iyunun 28-dən Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb.

Universitetə qəbul ərəfəsində abituriyentlərə ixtisas seçimində dəstək məqsədilə yaradılan UNEC Abituriyent Məsləhət Mərkəzinə indiyədək 100-dən çox abituriyent müraciət edib. Mərkəzə müraciət edən abituriyent və valideynlərə universitetdəki ixtisaslar, keçid balları, təhsil haqqı, ixtisaslar üçün ayrılan plan yerləri, topladıqları bala uyğun ixtisaslar, universitet və ixtisas seçimi zamanı diqqət edilməli olan məqamlar barədə ətraflı məlumat verilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

UNEC Abituriyent Məsləhət Mərkəzi universitetin əsas (İstiqlaliyyət küçəsi 6) və 3-cü tədris binalarında (Murtuza Muxtarov 194) həftənin 5 günü, saat 09:00-17:30-dək (13:00-14:00 nahar fasiləsi) fəaliyyət göstərir.

Abituriyentlər 012 1846 (1-3) nömrəsinə zəng edərək, eləcə də UNEC Abituriyent Məsləhət Mərkəzinə yaxınlaşaraq, universitet və ixtisas seçimi ərəfəsində onlar üçün yaradılmış imkanlardan faydalana bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR