İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində altı dəfə danışıblar.

Bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın "Pul" teleqram kanalı məlumat yayıb.

"Belarus və Rusiya prezidentlərinin dünən ətraflı söhbəti olub, bu gün də davam edib. Astananın gərgin gündəmi heç bir müdaxilə etməyib - liderlər artıq gün ərzində altı dəfə danışıblar", - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 3-dən 4-dək Astanada ŞƏT sammiti keçirilir./qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR