İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin İran qərarından sonra neft bahalaşdı

ABŞ-nin İran nefti ilə bağlı qərarından sonra dünya bazarında neft bahalaşıb.

Musavat.com xəbər verir ki, ABŞ iyunun 22-də İran nefti, neft məhsulları və neft-kimya məhsulları ilə ticarətə müvəqqəti icazə verən lisenziyanı ləğv edib.

Həmin lisenziya 60 gün müddətinə qüvvədə idi və İran nefti, neft məhsulları, neft-kimya məhsullarının alqı-satqısına, o cümlədən ödənişlərin ABŞ dolları ilə aparılmasına imkan yaradırdı.

Yeni qərara əsasən, iyulun 7-dən etibarən İran nefti ilə bağlı yeni müqavilələrin bağlanması qadağan edilib. Bununla yanaşı, artıq başlanmış əməliyyatların iyulun 17-dək tamamlanmasına icazə verilib.

Lisenziyanın ləğvindən sonra Brent markalı neftin qiyməti iyunun 26-dan bəri ilk dəfə bir barel üçün 75 dollar həddini keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR