Onlayn ictimai-siyasi qəzet
ABŞ Ədliyyə Nazirliyi "Netflix"in "Warner Bros" alışını araşdırır.
Musavat.com bildirir ki, bu barədə "Wall Street Journal "məlumat yayıb.
Nəşrin yazdığı məlumata görə ABŞ Ədliyyə Nazirliyi (DOJ) "Netflix" in "Warner Bros Discovery" studiyaları və "HBO Max" striminq xidmətini 82,7 milyard dollara almaq planını araşdırmağa başlayıb. Araşdırmanın məqsədi "Netflix"in bu alış zamanı anti-rəqabət üsullarından istifadə edib-etmədiyini və bazarda monopol gücün yaranıb-yaranmayacağını müəyyən etməkdir.
Nazirlik digər əyləncə şirkətindən "Netflix"in bazar hakimiyyətini artırmaq üçün tətbiq edə biləcəyi hər hansı istisnaçı davranışları açıqlamasını istəyib.
"Netflix" və "Paramount Skydance" "Warner Bros"u onun aparıcı film və televiziya studiyaları, məşhur franşizaları – “Game of Thrones”, “Harry Potter” və DC Comics qəhrəmanları Batman və Superman – üçün almaq istəyir. Araşdırmada həmçinin keçmişdə studiyalar və distribyutorlar arasında baş vermiş birləşmələrin yaradıcılıq istedadına və rəqabətə təsiri nəzərdən keçirilir.
Nazirlik həmçinin "Paramount"un "Warner Bros" üçün verdiyi təklifi də nəzərdən keçirir. Qeyd edək ki, "Warner Bros"un idarə heyəti bu təklifi yetərsiz və səhmdarların maraqlarına uyğun deyil deyərək rədd edib.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ