İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini həbs etmədiyinə görə danlanan Düşənbə - Tacikistan BCM-dən çıxmaq istəyir

Tacikistan parlamentinin aşağı palatasının şurası ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 16 sentyabrda keçirilən növbədənkənar iclasda "Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun ləğvi haqqında" qətnamə layihəsini müzakirə edilib.

Bildirilir ki, bu məsələlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul edilib.

Qərarla bağlı heç bir təfərrüat verilməyib.

Tacikistan BCM-in Roma Statutuna üzv dövlətdir. Düşənbə Roma Statutunu 30 noyabr 1998-ci ildə imzalayıb və 5 may 2000-ci ildə ratifikasiya edib. Statut 1 iyul 2002-ci ildə qüvvəyə minib.

2025-ci ildə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Tacikistanın Rusiya prezidenti Vladimir Putinin Düşənbəyə səfəri zamanı onun həbs orderinin icrası ilə bağlı Statut üzrə öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

BMT-nin Uşaq Hüquqları üzrə Məhkəməsi Vladimir Putin və Rusiya Uşaq Hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belova üçün Ukrayna uşaqlarını qanunsuz olaraq deportasiya etmək kimi müharibə cinayəti törətmək ittihamı ilə həbs orderi verib.

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə imzalanmış Roma Statutuna əsasən yaradılıb. Bu, müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxsləri mühakimə etmək səlahiyyətinə malik yeganə məhkəmədir. Məhkəmənin öz polis qüvvəsi yoxdur, ona görə də onun yurisdiksiyasını tanıyan ölkələrin köməyinə güvənir. 2024-cü ilə qədər bütün Aİ ölkələri də daxil olmaqla, 124 dövlət Roma Statutunu imzalayıb. İsrail, ABŞ və Rusiya BCM-in üzvü deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR