Onlayn ictimai-siyasi qəzet
Ər-arvadın eyni soyadı daşıyıb-daşımaması ilə nikahın davamlılığı arasında diqqətçəkən əlaqə aşkarlanıb.
Musavat.com xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Institute for Family Studies-in araşdırmasına əsasən, fərqli soyad daşıyan ər-arvadların boşanma göstəricisi eyni soyadı daşıyan cütlüklərlə müqayisədə təxminən 50 faiz yüksəkdir.
Araşdırmada ABŞ-nin Texas ştatının 2016–2017-ci illər üzrə açıq boşanma məlumatları, həmçinin Pew Research Center-in 2023-cü il sorğusunun nəticələri təhlil edilib. Texas məlumatlarında boşanan tərəflərin soyadları ilə yanaşı, nikahın müddəti və uşaqların sayı barədə məlumatların da olması müqayisə aparmağa imkan verib.
Nəticələrə görə, eyni soyadı daşıyan cütlüklərin nikahı boşanmaya qədər orta hesabla təxminən 12 il davam edib. Fərqli soyad seçən cütlüklərdə isə bu müddət əsasən 8–10 il olub. Ümumilikdə onların boşanması nikahın təxminən 30 faiz daha erkən mərhələsinə təsadüf edib.
Maraqlıdır ki, uşaqların olması da bu fərqi aradan qaldırmayıb. Müxtəlif sayda uşağı olan ailələr üzrə müqayisədə də eyni soyadı daşıyan cütlüklərin boşanmaya qədər daha uzun müddət birlikdə qaldığı müşahidə olunub.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ