İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda iki ZİL avtomobillərin üstünə şığıdı – 5 maşınlıq ağır qəza - VİDEO

Ermənistanda beş avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, qəza ötən gün İrəvan yaxınlığındakı Yeqvard-Zovuni avtomobil yolunda qeydə alınıb.

Hadisə zamanı iki ZİL markalı yük avtomobili, “Nissan Tiida”, “Toyota Camry” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Yayılan video görüntülərdən qəzanın olduqca ağır baş verdiyi görünür. Kadrlarda ZİL yük avtomobillərinin minik avtomobillərinin üzərinə gəldiyi və güclü toqquşmanın baş verdiyi anlar əks olunub. Hadisənin bütün gedişatı digər avtomobildə quraşdırılmış kamera tərəfindən anbaan lentə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR