İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla bağlı KRİTİK QƏRAR həddində: "Onları məhv edək, ya yox?"

Musavat.com xəbər verir ki, Donald Tramp İranla bağlı son dərəcə mühüm və taleyüklü bir qərarın ərəfəsində olduğunu bəyan edib. "Axios" nəşrinə müsahibə verən Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək və ya münaqişəni yekunlaşdırmaq üçün fərqli bir yol seçmək arasında qaldığını bildirib.

O, qarşıda duran seçimin ciddiliyini vurğulayaraq, "Müdaxilə edib İran rejimini məhv etmək istəyirəm, ya yox? Bu, çox vacib qərardır və hazırda mənimlə hər şey baş verə bilər", — deyə kəskin bəyanat verib.

Tramp, həmçinin BMT Baş Assambleyası çərçivəsində Fars körfəzinin altı ölkəsinin liderləri ilə keçirəcəyi görüşdən istifadə edərək növbəti addımları müzakirə edəcəyini diqqətə çatdırıb. O, müttəfiqlərinin mövqeyini öyrənmək istədiyini bildirərək, Vaşinqtonun zamanında bu ölkələri müdafiə etdiyini xatırladıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR