İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hökuməti dekabra qədər maliyyələşəcək

ABŞ Nümayəndələr Palatası ara seçkilərdən əvvəl hökumətin bağlanmasının qarşısını almaq üçün 11 dekabra qədər hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Musavat.com xəbər verir ki, 370 qanunverici qanun layihəsini dəstəkləyib, 48-i isə əleyhinə çıxıb.
Bundan əvvəl Senat qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləmişdi. Sənəd indi imzalanması üçün Prezident Donald Trampa göndərilməlidir.

Qanun layihəsi 11 dekabra qədər federal qurumlar üçün mövcud səviyyələrdə maliyyələşdirməni təmin edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR