İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə ekstremal olay – “rus əjdahası”nın təzahürü və nəticəsi

Bu günlərdə postsovet məkanı ölkələrinin mediasında belə bir xəbər vardı: İstanbul-Moskva reysi ilə uçan təyyarənin göyərtəsində rus sərnişin söylədiyi irqçi ifadələrə görə təyyarədən endirilib.

Hadisə Türkyiənin hava şirkətinin laynerində və təyyarə havaya qalxmazdan öncə, sərnişilərin əl baqajlarını yük yerinə yerləşdirdiyi zaman baş verib. Rus sərnişin təyyarədə olan türkləri aşağılayaraq, onları “çurki” adlandırıb və təbii ki, dərhal daha ağır cavab alıb. Tərəflər təyyarənin göyərtəsində söyüşməyə başlayıblar. Uçağın ekipajı hadisə yerinə polis manqası çağırıb və onlar irqçi çıxışlar edən rusla bərabər ona cavab verənləri də təyyarədən çıxarıblar.

Belə baxanda adi yol qovğasıdır. İstənilən ictimai nəqliyyatda sərnişinlər arasında söz çəpləşməsi, söyüşmə, hətta əlbəyaxa dava ola bilər. Ancaq “yol ver, arxaya keçirəm”, “baqajı yerləşdirim, keçərsən” dialoqu zamanı birinin başqa millətin ünvanına təhqiramiz ifadələr işlətməsi sıradan bir şey deyil. Bu irqçilikdir.

Elə rus sərnişinə ilk cavab verən şəxs də bunu deyib. O aqressiv rusiyalıya deyib ki, bu etdiyi irqçilik və ksenofobiyadır. Bu ifadədən görünür ki, adı göstərilməyən türk sərnişin hər halda belə terminləri bilən və hərəkətin adını sərrast qoyan ziyalı bir şəxs olub. Ancaq onun bu iradı mübahisəni daha da şiddətləndirib, başqaları da işə qarışıb. Bu da nəticə: mübahisə iştirakçıları təyyarədən endirilib.

Qayda belədir: təyyarənin göyərtəsində dalaşan sərnişinlər birlikdə yol gedə bilməzlər. Nə olar, nə olmaz. Bu, bütün sərnişinlər və uçuş heyəti üçün təhlükə deməkdir.

Belə hallar əvvəllər də yaşanıb, bundan sonra da olacaq. Çünki Rusiyada əhalinin mühüm bir hissəsi özünü bu cür aparır. Onlar özlərini ali irq hesab edir, başqalarını aşağılamağa çalışırlar. Bu şovinistlər üçün bütün orta asiyalılar “çurki” və “qıyıqgöz”, monqollar “tupoy”, yakutiyalılar “çukça”, qafqazlılar “çornıyj...”, ukraynalılar “xaxol”, moldavanlar “sıqan”, estonlar “gerizəkalı”, tatarlar isə “çağırılmamış qonaq qədər pisdir”lər və s. və i.a.

Hələ rusların fransızlarla, almanlara, italyanlara, amerikalılarlara yapışdırdıqlar təhqiramiz epitetlər də var. Bir dənə özləri hamıdan üstündür: ağıllıdırlar, qeyrətlidirlər, prinsipialdırlar, inadkardırlar, heç vaxt pəs etmirlər, hər zaman qalib gəlirlər, hamını yerində oturdurlar və s. Özləri haqqında düşüncələri belədir.

Rus cəmiyyətində belə düşüncə sovet dönəmində də olub, ancaq o vaxt heç biri bunu büruzə verə bilməzdi. Sovet dövlətinin təməl sütunlarından biri xalqlar dostluğu, beynəlmiləlçilik idi. Millətçilik meylləri heç bir yerdə təzahür edə bilməzdi, yalnız gizli şəkildə ola bilərdi. Çünki açıq şəkil alan millətçilik qırmızı imperiyanın sarsılmasına, neylon corab kimi sökülə-sökülə getməsinə səbəb olardı (axırda elə də oldu, bildiyiniz kimi).

Bu baxımdan SSRİ-ni “neo-rus imperiyası”na çevirən və Kalininqraddan Kuril adalarına qədər bütün ittifaq ərazisində rusların şəriksiz dominantlığını təmin edən Kreml çalışırdı ki, ölkədə “hökmran xalq” – “müstəmləkə xalqı” söhbətləri yayılmasın, rəsmi kurs beləydi: “Hamımız qardaşıq, heç bir başqa xalq, millət yoxdur, hamımız sovet xalqıyıq, bərabər hüquqluyuq”.

Amma büruzə verməsələr də, oxumuş, gəzmiş, hətta xutorundan qırağa çıxmamış ruslar dünyanın ən qüdrətli iki dövlətinin birinin məhz “rus dövləti” olduğunu bilir, bununla qürur duyurdular və içlərində mürtəce şovinizm əjdahası bəsləyirdilər.

İndi o “əjdaha” üzə çıxıb. Millətçi olmağı ruslara qadağan edən yoxdur, əksinə, təşviq edənlər var. Beləcə, “böyüklük”, “müstəsnalıq” hiss total şəkildə rus şüuruna hakim kəsilib. Ona görə də rus millətindən olan ayrı-ayrı şəxslər müxtəlif yerlərdə umduqları hörməti, xüsusi rəftarı görməyəndə aqressivləşirlər və qarşılarındakına özlərinin elə-belə adam olmadıqlarını, “möhtəşəm rus” olduqlarını başa salmaq istəyirlər, bu zaman onlarla söz güləşdirənlərin də kimliyini (“çurki”, “qıyıqgöz”, “qara...”) vurğulayırlar.

Ukrayna müharibəsində üzləşdikləri fenomenal müqavimət onları daha da aqressivləşdirib. Bu üzdən hazırda “patriot” ruslar ürəklərindəkini dillərinə gətirir, Ukraynadan sonra keçmiş sovet respublikalarını da “o günə qoymağ”a dair çağırışlar edirlər. Bu xalqların hamısı əzilməlidir, çünki “böyük rus dövləti”ni dağıdıblar, heç bir haqları olmadığı halda özlərinə milli dövlət qurublar – düşüncə budur.

...Ona görə də onların bəzilərini təyyarədən düşürdürlər. Ən pisi odur ki, başqaları da onların güdazına gedir, mənzil başına çata bilmirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026

11 May 2026

08 May 2026

06 May 2026

04 May 2026

02 May 2026

29 Aprel 2026

27 Aprel 2026

24 Aprel 2026

20 Aprel 2026

18 Aprel 2026

15 Aprel 2026

13 Aprel 2026

11 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

30 Mart 2026

27 Mart 2026

25 Mart 2026

23 Mart 2026

21 Mart 2026