İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran müharibəsi niyə uzanır?..

Güman ki, bunu belə adlandırmaq olardı: tükəndirici müharibə. Hər halda, politologiyada, xüusəsən də hərbi politologiyada belə anlayış var.
Onun məqsədi və taktikası aşkar deyilsə də yenə sual yaranır: Niyə Rusiya Ukraynada sürətli müharibəyə keçmir? Yalnız resurslar mane olur, yoxsa başqa səbəb də var? Niyə ABŞ və İsrail birdəfəlik, qəti hərəkətlə İranı yerində oturtmağa tələsmir? Yenə də hansısa səbəb var, yoxsa taktikadır?
Bizə elə gəlir ki, taktikadır – heç kim nə İranda, nə də ki, Ukraynada sürətli müharibə istəmir, çünki uzanan hərbi konflikt qarşı tərəfi daha çox tükəndirir, daha çox gücdən salır və ona görə edilir ki, heç kim nə İranı, nə də Ukryananı (hətta!) tək siyasi rejim kimi çökdürmək istəmir, məqsəd bunları ölkə kimi çökdürməkdir ki, uzun müddət özlərinə gələ bilməsiinlər, uzun müddətliyə çöksünlər.
Bilirsinizmi, maraqlısı nədir? Məsələn, prezident Tramp Ukrayna müharibəsində daha konkret və nikbin görünür, nəinki İran müharibəsində. Niyə belə olur? Sürətli müharibə daha çox güc nümayişi üçün lazımdır, əzələ nümayişidir, amma indi Vaşinqtona bu, lazım deyil, ona daha çox lazımdır ki, İran məsələsi uzanıb özünü gücdən salsın, bir daha ayağa qalxa bilməsin, qapazaltı ölkə olsun.
Təsəvvür edin, İran tez təslim olur, “molla” rejimi səhnədən gedir və ölkədə daha praqmatik qüvvə hakimiyyətə gəlir. Bu, ABŞ üçün nə vəd edir? Ölkə tez müddətdə ayağa qalxacaq, ABŞ-dan sanksiyaların ləğvini, dondurulmuş aktivlərin açılmasını tələb edəcək. Hazırdırmı buna ABŞ?
Təəssüf ki, yox, ona da daim girdabda qalan İran daha çox sərf edir, nəinki ayağa qalxan və regionda söz sahibi olan.
Ona görə də müharibəni uzadır, elə şərtlər qoyurlar ki, tez başa çatmasın, çünki ABŞ-ın hərbi xərcləri az qala, trilyon dollara çatıb. Buna bəraət lazımdır, ya yox?
Hələ ötən əsrdə amerikalı politoloqlar ölkələri haqqında yazırdılar ki, onun cəmiyyətini daim bir neçə ideya konsolidasiya edib. Onlardan da biri “xarici düşmən obrazı”dır. İndi neyləsinlər, başqa birisi yoxdur axı!
Bəs bu labirintdən çıxış yolu varmı? Təəssüf ki, olsa da elə də sərəfli deyil, çıxış bütün alçaldıcı şərtləri qəbul etməkdir, bunasa getmək elə də asan məsələ deyil. Ruhani rejimi özünü qalib kimi göstərir ki, guya ABŞ və İsrail bunlarla bacarmadı. Amma belədirmi?
Əlbəttə ki, yox. Həm də ABŞ-ın müharibədən sonrakı İran üçün bir pozitiv planı yoxdur. Bunların bir Pəhləvi ssenarisi var ki, onu da İran əhalisinin çoxu qəbul etmir. Bəlkə müharibəni uzatmaqda məqsəd elə budur? Savaşı uzatmaq, İran cəmiyyətinin əzmini qırmaq, ən alçaldıcı şərtlərə tabe etmək.
Böyük hesabla məqsəd budur, ona görə də vəziyyət pat halına daha yaxındır. Gəlin səmimi olaq: deyirik ki, “molla”lar getsin, bəs onda kim qalsın və ya gəlsin? Vaşinqton digər qüvvələrlə dialoqu hədəfləyirmi? Məsələn, Pezeşkianla, Qalibafla danışıqlara hazırdırmı? Bizə elə gəlir ki, yox, ABŞ-ın şərtləri başqadır: filan güzəşti etməlisiniz, filan tələbi qəbul etməlisiniz və s. Məsələn, “mollalar” getsə yeni qüvvələrlə ABŞ dialoqa hazırdırmı? Əlbəttə ki, yox. Ona görə ki, ABŞ-ın problemi İran rejimi yox, İranın özüdür. Bəlkə elə “molla rejimi”nin ömrünü uzadan budur?..
Yarım əsrlik mövcudluğu dövründə heç vaxt rejimin taleyi birmənalı şəkildə qoyulmayıb. Həm də “ərəb baharları”ndan bir müsbət nəticə hasil olmadığını gördülər. Orada da ABŞ-ın və digər ölkələrin konkret bir ssenarisi yox idi: məsələn, Misirdə Mübarək devrildi, əvəzində kim gəldi? “Müsəlman qardaşları”! ABŞ da bu rejimi devirib diktator əs-Sisini gətirdi. Adı da oldu ki, “ərəb baharı” alımmadı, halbuki hətta klimatik baxımdan ərəb və ABŞ baharları eyni olmur.
İranda ümumilli statusa malik bir qüvvə yoxdur, nə qədər paradoksal olsa da buna qadir yalnız indiki “molla” rejimidir. Ona görə də böyük ehtimalla molla rejimi qalacaq və İran tamam gücdən düşəcək, yaxud da axırda Pəhləvi gələcək hakimiyyətə.
Düzdür, ortada İsrail faktoru da var, amma Pəhləvi də bu ölkəyə çox gedib-gəlir deyəsən. Arada İsraillə əməkdaşlığa görə keçmiş prezident Əhmədinecadı da həbs etdilər.
Nə demək olar? Ümid edək ki, İsrail İranın gələcəyi üçün daha geniş siyasi spektri nəzərdə tutur. Bəli, ümid edək - əlimizdən başqa nə gəlir, axı bizim Cənub hələ də mürgüləyir. Amma onları da başa düşmək olar – indi etiraza qalxan o biri əlində də kəfənini də tutmalıdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Iyul 2026

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

19 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

12 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

03 Iyun 2026

01 Iyun 2026

26 May 2026

25 May 2026

23 May 2026

21 May 2026

18 May 2026

14 May 2026