Onlayn ictimai-siyasi qəzet
ABŞ-la İran arasındakı prosesdən baş açmaq olmur, amma təəccübləndirici, heyrətləndirici şey də yoxdur. Hiss olunur ki, tərəflər biri-birinə etibar etmir, ikincisi də əvvəldən demişik və təkrar söyləyirik; sülh sazişi imzalansa da əsl sülh olmayacaq - əlbəttə, “molla”ların hakimiyyətdə qalacağı təqdirdə. Ziddiyyətlər qalırsa, hətta sülh sazişləri də bütün dərdlərin dərmanı olmur – Almaniyayla Sovetlər 30-cu illərdə “Molotov-Ribbentrop paktı” imzalamışdı, amma sonu nə oldu?
İndi predmetimiz-mövzumuz azca fərqlidir. Trampın başı nyəsə qarışanda ukraynalılar özlərini müharibədə daha ürəkli hiss edir. Nə qədər ABŞ–İsrail-İran müharibəsi gedirdi ukraynalılar ən azı psixoloji cəhətdən üstünlük əldə etmişidilər, hələ başqa şeyləri demirəm; şimal qonşumuzda əməlli-başlı yanacaq-benzin problemi yaranıbdır. Maraqlısı budur ki, bizim müşahidəmiz deyil, qat-qat məlumatlı təhlilçilər də bunu deyirlər. Söhbət təkcə Trampla Putin arasında hansısa “həssas münasibət”lərdən də getmir. Artıq beşinci ildir Ukraynanı Rusiyaya qarşı “mədəni müharibə” aparmağa məcbur edir, münaqişənin hərbi coğrafiyasını lokallaşdırır (halbuki taktiki cəhətdən o qədər də düzgün deyil, münaqişənin coğrafiyasının böyüməsi təcavüzkarlar üçün də müəyyən problemlər yaradır!) onun genişlənməsinə imkan vermirlər.
İstənilən müharibənin psixoloji tərəfi də olur. Həmin ruslar vaxtilə, almanlarla müharibə aparan zaman arabir Almaniya şəhərlərini də bombalamağa cəhd edirdilər ki, insanlar düşünməsin müharibə çox–çox uzaqlarda gedir. İndi Rusiyada insanların ən azı 50 faizi hesab edir ki, Ukraynayla müharibə də çox–çox uzaqlardadır. Yalnız son vaxlarda onların bu psixi rahatlığını, tarazlığını pozmaq mümkün olubdur.
Burada bir detalı da qeyd etmək istərdik. Əfqanıstanla Ukraynanın ərazisi də, əhalisi də təxminən eyni qədərdir. Üstəlik, Ukrayna daha inkişaf etmiş ölkədir. Əfqanıstan nəinki Rusiyaya, hətta SSRİ-yə qalib gəldi. Niyə bunu Kiyev bacarmasın?..
O ki qaldı cənab Trampın bir qədər qeyri-standart siyasətinə, birincisi, adam biznesdən gəlibdir və böyük məmuniyyətlə dünyanı Putinlə bölüşər, öz “bazar”ını çəpərləyərdi. Çox təəssüf ki, onun yeni “bazar”ına nəinki post-sovet, heç Avropa kimi köhnə müttəfiqlər də daxil deyil. Siyasətçidən daha çox “pul dağarcığı”nı xatırladan Tramp bunları özü və ölkəsi üçün artıq yük hesab edir. Həm də bilirisiniz, siyasətə iki cür gəlirlər. Biri pul yığıb siyasətə gəlir, digərisə pul yığmaq üçün siyasətə baş vurur. Tramp siyasətə gələndə artıq milyardları vardı və düşünmək olardı ki, böyük siyasətin maddi tərəfləri onu elə də maraqlandırmayacaq, amma yox, maraqlanıdırır, özü də necə. Bilirsiniz, biznes adamı əlinə pul gəlməyəndə özünü pis edir. Eyni cür də Tramp hərəkət edir: “minerallar sazişi” onun nəyinə lazım idi? Sülh Şurası kimə gərək idi? Bəs hanı o? Niyə BMT-ni əvəz etmədi? Hamısı şəxsən mənim fikrimcə, adi pul tələsidir...
Yenə də kimsə düşünə bilər ki, adamın bir neçə milyardı var, artığı nəyinə gərəkdir? Artıq pul heç kimə mane olmur, həm də adam siyasətə xərclədiyi pulu çıxarmalıdır, ya yox?
Q.Markesin məşhur “Patriarxın payızı” əsəri hamının yadındadır yəqin. Əsasən də Nazereno nəsli. Hər siyasətçinin böyründə bir belə nəsil də olur və siyasət adamı bilmir ki, onların problemilə məşğul olsun, yoxsa ki, cəmiyyətin və bir də ayılıb görür ki, beş faiz belə reytinqi qalmayıb! Trampla ilişgili bir məqam da var. Söhbət Netanyahudan və onun son günlərdə geniş müzakirə olunan qərarından gedir. İnsafən, Tramp da lap əvvəldən bu adamdan canını qurtarmaq istəyir, iki dəfə İsrail prezidentinə amnisitya xahişilə müraciət edibdir ki, Bibi (Netanyahuya deyəsən, dar çərçivədə belə deyirlər!) rahat təqaüdə yollana bilsin və məncə, İsrail baş naizi də bunu bilir. Ölkəsi Beynəlxalq Məhkəmənin statutunu tanımasa da o, “hərbi cani” elan olunub, üstəgəl, korrupsiya predmetli bir işi də var, daxili məhkəmələr də onu rahat buraxmayacaq və odur, mənə elə gəlir, adam daha çox özü üçün çalışır...
01 Iyul 2026
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ