Onlayn ictimai-siyasi qəzet
Müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryan məhkəmə tərəfindən təqsirli bilinib.
Musavat.com-un məlumatına görə, məhkəmə onu iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edib. İki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən müxalifətçi ilə bağlı bir il sınaq müddəti müəyyənləşdirilib.
Qeyd olunur ki, cinayət işinin əsasını Kazaryanın 2024-cü ilin payızında, hələ Konstitusiya Məhkəməsi Aparatının rəhbəri olduğu dövrdə verdiyi açıqlamalar təşkil edib. O, daha əvvəl Cinayət Məcəlləsinin 490-cı maddəsi – hakimləri onların xidməti fəaliyyəti ilə əlaqədar təhqir etmə maddəsi üzrə təqsirli bilinmişdi.
Beləliklə, Nikol Paşinyan Rusiyaya bağlı müxalifətçiləri zərərsizləşdirməkdə davam edir.
Xatırladaq ki, Kazaryan ötən il Paşinyana etimadsızlıq (impiçment) prosesinə başlamaq təklifi ilə parlamentin bütün deputatlarına fərdi məktublarla müraciət etmişdi.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ