İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamaldakı yanğında xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI - Bir nəfər süni tənəffüs aparatına qoşulub

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Oxu.az-a bildirib.

O qeyd edib ki, yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:

"Beş nəfərin müalicəsi davam etdirilir. Onlardan bir nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR