İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda marşrut avtobusuna dron hücumu: 12 yaralı, 1 ölü

Ukraynanın Xerson şəhərində marşrut avtobusuna və minik avtomobilinə Rusiya ordusunun dron hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Musavat.com xəbər verir ki, hücum nəticəsində 12 nəfər yaralanıb, bir nəfər isə həyatını itirib.

Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, şəhərin Mərkəzi rayonunda marşrut avtobusuna Rusiya dronunun zərbəsi nəticəsində yaralanan 47 yaşlı kişi xəstəxanada ölüb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun aldığı xəsarətlər həyatla uzlaşmayıb.

Məlumata görə, hücum zamanı avtobusda və avtomobildə olan ümumilikdə 12 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar arasında 50-76 yaşlarında səkkiz qadın və 45-67 yaşlarında dörd kişi var. Onlara partlayış xəsarətləri, qəlpə yaraları və beyin silkələnməsi diaqnozu qoyulub.

Yaralanan 76 yaşlı qadının vəziyyətinin ağır olduğu, onun baş nahiyəsindən nüfuzedici xəsarət aldığı bildirilir.

Hazırda bütün yaralılara tibbi yardım göstərilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR