İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti geyim tərzinə görə QINANDI - VİDEO

Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva səhnə tərzi ilə yenidən sosial şəbəkələrin gündəminə gəlib.

Müğənninin son çıxışlarından birinə aid görüntülər internetdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Paylaşılan kadrlarda sənətçinin səhnəyə fərqli və diqqətçəkən libasla çıxması izləyicilərin diqqətini çəkib. Onun parlaq və qısa səhnə geyimi sosial mediada müxtəlif rəylərlə qarşılanıb.

Bəzi izləyicilər ifaçının stilini bəyəndiklərini bildirərək onun səhnədə olduqca cazibədar göründüyünü və libasının "göz qamaşdırdığını" qeyd ediblər. Digər istifadəçilər isə əksinə, müğənninin seçdiyi geyimi həddindən artıq açıq hesab edərək tənqid edən rəylər yazıblar.

Bununla belə, sənətçinin səhnə tərzi və fərqli imici yenə də müzakirələrə yol açıb./ Milli.Az /

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR