İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəziyyət qarışdı: Ermənistan polisi fövqəladə tədbirlərə başladı - VİDEO

Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident ölkədə ciddi narahatlıq yaradıb.

Hadisə Acapnyak inzibati rayonunda qeydə alınıb.

Atışma nəticəsində bir nəfər həyatını itirib, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan üç nəfərin vəziyyəti son dərəcə ağır, digər üç nəfərin isə ağır olduğu bildirilir.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları geniş əməliyyata başlayıb. Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları ərazidə xüsusi nəzarət rejimi tətbiq edib və hadisə yerində araşdırmalar aparılır.

İstintaq çərçivəsində ölkə üzrə təxminən 40 ünvanda eyni vaxtda axtarışların keçirildiyi açıqlanıb. Hadisənin motivləri və iştirakçıları müəyyənləşdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR