İnsanlara hürriyət, millətlərə istiqlal!

Stadion doldu, tribunalar coşdu: “Qarabağ” “Tvente” qarşısında - VİDEO/FOTOLAR

Bakı daha bir Avropa futbol gecəsinə şahidlik edir. “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubunu qəbul edir. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu dəfə doğma meydanda həmin üstünlüyü qoruyaraq mübarizəni davam etdirmək üçün meydana çıxıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşmaya böyük maraq var. Stadionun tribunaları demək olar ki, tam dolub, “Qarabağ” azarkeşləri komandanı dəstəkləmək üçün arenaya axışıb.

Matçın başlamasına dəqiqələr qalmış tribunalar azarkeşlərin səsi ilə canlanıb, Ağdam klubunun atributları ilə bəzənən stadionda əsl futbol ab-havası yaranıb. Meydanda isə gərgin mübarizə üçün bütün şərtlər var. “Qarabağ” ilk oyundakı minimal üstünlüyünü qorumaqla yanaşı, öz meydanında daha inamlı futbol nümayiş etdirməyə çalışacaq. “Tvente” isə ilk görüşdəki 0:1 hesabının revanşını almaq və mərhələni keçmək üçün Bakıya gəlib. Azərbaycan futbolunun Avropadakı təmsilçilərindən biri olan “Qarabağ” üçün bu qarşılaşma növbəti mühüm sınaqdır. Bakıdakı futbol gecəsi artıq başlayır və minlərlə azarkeş Ağdam klubunun Avropa yürüşünün davamını tribunadan izləyir.

Cavanşir Abbaslı
Fotolar müəllifindir
Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR