İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibafdan Vaşinqtona ittiham: "Çökməkdə olan imperiya..."

İran parlamentinin spikerindən ABŞ rəsmisinə kəskin cavab: "Nüfuzun təhlükədədir"

Musavat.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ rəsmisi Skott Bessentə cavab verib.

Qalibaf sosial şəbəkə hesabında etdiyi paylaşımda Vaşinqton administrasiyasının xarici siyasətini və hərbi xərclərini kəskin tənqid edib:

"Bu çökməkdə olan imperiya milyardlarla dolları öz terrorçu proksisi İsrailə yönəltmək və 750 hərbi bazanı saxlamaq əvəzinə, həmin vəsaiti öz xalqına xərcləyə bilərdi. Lakin xeyr — bu rejim üçün belə bir addım həddindən artıq məntiqli olardı. Skotti, dostum, sənin nüfuzun təhlükədədir. Bir iş gör".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR