İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada maraqlı qərar: 1500 kürd qadın döyüşçü dövlət qüvvələrinə qoşulur

Suriyada kürd silahlı birləşmələrinin dövlət strukturlarına inteqrasiyası prosesində diqqətçəkən addım atılır. İŞİD-ə qarşı döyüşlərdə ad çıxarmış qadın döyüşçülərin ayrıca təşkilatlanmış qüvvə kimi Daxili İşlər Nazirliyinin strukturuna daxil edilməsi müzakirə olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kürd Qadın Müdafiə Dəstələrinin (YPJ) açıqlamasına əsasən məlumat yayılıb.

YPJ nümayəndələri Suriya Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçiriblər. Tərəflər qadın döyüşçülərin nazirliyin tərkibinə “xüsusi və mütəşəkkil qüvvə” kimi daxil edilməsinin mümkünlüyünü təsdiqləyiblər.

Veirlən məlumata görə, söhbət təxminən 1500 qadın döyüşçüdən gedir. İnteqrasiyanın detalları ilə bağlı danışıqlar davam etdiriləcək.

Proses Suriya Demokratik Qüvvələrinin (SDF) baş komandanı Mazlum Abdi ilə Suriya prezidenti Əhməd əş-Şaraa arasında yanvarda əldə edilmiş razılaşmanın tərkib hissəsidir. Abdi çərşənbə axşamı SDF-nin müstəqil hərbi fəaliyyətini dayandıracağını və qüvvələrinin Suriya ordusuna inteqrasiya ediləcəyini açıqlayıb.

YPJ xüsusilə İŞİD-ə qarşı müharibə zamanı beynəlxalq miqyasda tanınıb. Kürd qadın döyüşçülər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə aparılan əməliyyatlarda, o cümlədən Rəqqa uğrunda döyüşlərdə ön cəbhədə iştirak ediblər. Sonrakı illərdə onların bir hissəsi Əl-Hol və Roj düşərgələrində mühafizə və inzibati vəzifələr yerinə yetirib.

Məsələnin diqqətçəkən tərəfi odur ki, hazırda Suriya ordusunda qadınlar xidmət etmir. Buna görə də 1500-ə yaxın silahlı qadının dövlət təhlükəsizlik strukturuna ayrıca qüvvə kimi daxil edilməsi ölkənin yeni təhlükəsizlik sistemində ciddi yenilik olacaq.

Kürd silahlı qüvvələrinin dövlət strukturlarına inteqrasiyası Əhməd əş-Şaraa hakimiyyətinin ölkə ərazisi üzərində mərkəzi hökumətin nəzarətini bərpa etmək siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.

musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR