Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə "Shargall" ləqəbi ilə tanınan Alim və Şərqiyyə cütlüyünün rəqsi diqqət çəkib.
Cütlüyün paylaşdığı görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Video 24 saat ərzində sosial şəbəkələrdə ən çox izlənən görüntülərdən birinə çevrilib.
Alim və Şərqiyyənin rəqs etdiyi görüntülər izləyicilər arasında müxtəlif reaksiyalar doğurub. Paylaşım bəziləri tərəfindən maraqla qarşılanıb, digərləri isə rəqsi birmənalı qarşılamayaraq tənqidi fikirlər səsləndirib.
Görüntülərin sürətlə yayılması "Shargall" cütlüyünü yenidən sosial şəbəkələrin müzakirə mövzusuna çevirib./milli.az/
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ