Onlayn ictimai-siyasi qəzet
Üç Dərə Bəndi Yer kürəsinin fırlanmasını yavaşladıb — NASA-dan heyrətamiz açıqlama
Çində yerləşən Üç Dərə Bəndinin inşası yalnız enerji istehsalı və su ehtiyatlarının idarə olunması ilə deyil, planetin fırlanmasına təsiri ilə də diqqət çəkir.
Musavat.com xəbər verir ki, nəhəng hidrotexniki qurğu təxminən 39,3 milyard kubmetr su saxlamaq gücünə malikdir.
Bu qədər böyük su kütləsinin müəyyən ərazidə toplanması Yer kürəsində kütlənin paylanmasına təsir göstərir.
NASA-nın hesablamalarına görə, bəndin yaratdığı kütlə dəyişimi planetin fırlanmasını təxminən 0,06 mikrosaniyə yavaşlada bilər.
Bunun səbəbi fizikanın sadə prinsipi ilə izah olunur: kütlə fırlanma oxundan nə qədər uzaqda yerləşərsə, cismin ətalət momenti bir o qədər artır və fırlanma sürəti azalır.
Göstərici insan həyatında hiss ediləcək qədər böyük olmasa da, hadisə mühəndislik layihələrinin planet miqyasında belə ölçülə bilən fiziki təsir yarada bildiyini göstərir.
Başqa sözlə, Çində tikilən nəhəng bənd Yer kürəsinin “ritmini” cüzi də olsa dəyişdirə bilib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ