Onlayn ictimai-siyasi qəzet
Tibb dünyasında süni intellektin tətbiqi ilə bağlı mühüm yeniliyə imza atılıb.
Musavat.com xəbər verir ki, beyin şişinin çıxarılması əməliyyatında süni intellekt sistemindən real vaxt rejimində istifadə edilib.
BBC-nin məlumatına görə, əməliyyat zamanı neyron şəbəkə endoskopdan gələn videogörüntüləri anbaan təhlil edib.
Sistem cərrahlara adi görüntüdə müəyyən edilməsi çətin olan damar və sinirlərin haradan keçdiyini göstərərək şişin daha təhlükəsiz şəkildə çıxarılmasına kömək edib.
Əməliyyat olunan 48 yaşlı pasiyent şiş səbəbindən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşmişdi. Həkimlər üçün əsas risk şişi çıxararkən görmə ilə əlaqəli həssas strukturlara və damarlara zərər vurmaq idi.
Süni intellektin əməliyyat zamanı verdiyi real vaxt məlumatları cərrahların kritik nahiyələri daha dəqiq müəyyənləşdirməsinə imkan yaradıb. Şiş uğurla çıxarıldıqdan sonra pasiyentin görmə qabiliyyətinin bərpa olunmağa başladığı bildirilir.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ