İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" "Borussiya", "Arsenal" və "Barselona" ilə üz-üzə gələcək

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi bəlli olub.

Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) ilə üz-üzə gələcək.

Sözügedən matç Bakıda keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ikinci rəqibi bəlli olub.

Azərbaycan təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

Bu qarşılaşma İngiltərədə keçiriləcək.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü rəqibi bəlli olub.

Azərbaycan təmsilçisi "Borussiya" (Dortmund, Almaniya) ilə üz-üzə gələcək.

Bu qarşılaşmada da Bakıda keçiriləcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR