İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yenə Köçəryanın XAHİŞİNİ edəcəkmi? - Qarşıda KRİTİK səfər var...

Xocalı canisi, keçmiş Ermənistan prezidenti Robert Köçəryanla bağlı aparılan istintaq hərəkətləri, özünün və oğlunun saxlanması Moskva-İrəvan münasibətlərində yeni səhifə kimi qiymətləndirilir.

Musavat.com "Hraparak" nəşrinə istinadla yazır ki, bu həbs qanuni və gözləniləndir. Ancaq məsələ Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin kimi çimdikləməsində və kimin bundan qəzəblənməsində deyil. Həmçinin Levon Köçəryanın hansı açıqlamanı verməsində və bundan sonra nə baş verməsində də deyil. Burada vacib olan şey fərqlidir.

Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi - Moskvada "baş  erməni" dəyişdirilir - Globalinfo.az

Erməni nəşri yazır ki, Paşinyan Rusiya ilə siyasi ticarətə başlamaq məqsədi güdür. Paşinyan bilir ki, Köçəryanla Putinin yaxşı dostluq münasibətləri var.

"Hraparak" qeyd edir ki, Köçəryanın Rusiya elitasında qəbul edilmiş bir şəxs olduğu heç kimə sirr deyil: "Köçəryana və ya Köçəryanlar ailəsinə zərbə, istəsək də, istəməsək də, Ermənistanda Rusiyayönlü seqmentə zərbə deməkdir. Paşinyan bunları yaxşı başa düşür. Digər tərəfdən, onun Rusiya ilə razılaşmağa hava və su kimi ehtiyacı var.

Qarşıdan gələn KTMT sammiti noyabrda, AİB sammiti isə dekabrda keçiriləcək. Hər ikisi Rusiyada keçiriləcək: biri Moskvada, digəri Sankt-Peterburqda. Rusiya hakimiyyəti Paşinyanı son parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyib. Yəni onlar Paşinyanı Ermənistanın Baş naziri kimi tanımayıblar".

Rusiya Ermənistan məhsullarına idxal qadağasını bir az da böyütdü... -  Baki-Xeber.com


Bundan əlavə, Ermənistandan ixrac edilən mallara sərt sanksiyalar tətbiq olunur və yeni sanksiyalar təhlükə altındadır. İkitərəfli münasibətlərin daha da gərginləşməsini nəzərə alsaq, xüsusən də Sankt-Peterburq sammiti zamanı Paşinyan üçün bir çox xoşagəlməz sürprizlərin olacağı istisna edilmir. Və o vaxta qədər, xüsusən də AİB liderlərinin İrəvana xəbərdarlığının qüvvədə olduğunu nəzərə alsaq, Paşinyan Rusiya ilə razılığa gəlmək üçün səy göstərəcək.

"Əlbəttə ki, o, Mişustinlə görüşmək üçün üz-üzə gedə, bəzi tədbirlərdə iştirak edə bilər. Lakin o, Mişustinin problem həll edən olmadığını və Moskvada problemləri həll edən yalnız bir nəfərin olduğunu, o da Putin olduğunu yaxşı başa düşür. Buna görə də Paşinyan Köçəryana "hücum" edərək Moskva ilə bacardığı qədər siyasi ticarət üçün zəmin yaratmaq qərarına gəlib. Bəlkə də Qaqik Tsarukyanın təqibi də bu kontekstdə həyata keçirilir" - deyə erməni mətbuatı yazır.

Siyasi təhlilçi Ramiyə Məmmədova hesab edir ki, Paşinyanın Rusiya ilə siyasi bazarlığa getməkdən daha çox Kremlin əlaltılarını silib-süpürmək hədəfi bu prosesdə prioritetdir. Onun sözlərinə görə, Köçəryan və Sərkisyana yenidən cinayət işi açılması həm köhnə hesablaşma, həm ilahi ədalətin qismən yerini tapması, həm də bu şəxslərin zərərsizləşdirilməsidir: "Paşinyan erməni xalqına göstərir ki, korrupsioner rejimin liderləri cəzalandırılır. Seçkilərdən əvvəl də bildirmişdi ki, onları məhv edəcək. Bu qüvvələri siyasi səhnədən silənə qədər onların yaxasından əl çəkməyəcək. Çünki onların əli təkcə azərbaycanlıların yox, öz xalqının da qanına batıb. İkincisi, Ermənistanda sonuncu hesablaşma gedir və Rusiyanın təsirlərini sıfırlamaq istiqamətində addımlar atılır".

Ermənistan və “boz idxalçılıq”

Ekspertin fikrincə, Köçəryan ilk dəfə həbs olunanda Putinin xahişi ilə azad olunsa da, Kreml lideri indi Paşinyana ağız açmayacaq: "Odur ki, münasibətlərin gərginliyi davam edəcək. O səbəbdəndir ki, Kreml Paşinyanı legitim saymır və indiyə qədər seçkilərdəki qələbəyə görə onu təbrik etməyib. O baxımdan, Paşinyanın Rusiyaya səfərləri baş tutmaya bilər. Məncə, KTMT iclasına getməyəcək, AİB ilə bağlı səfəri isə gərgin atmosferdə reallaşa bilər. Amma o sammitə də müavini Mqer Qriqoriyanı göndərməsi istisna deyil... "

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR