İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyadan idxalı kəskin azaltdı – rəqəmlər açıqlandı

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsində ciddi azalma qeydə alınıb.

Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq 2,109 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 3,9 faiz artaraq 749,55 milyon dollara çatıb. Bunun əksinə olaraq, Rusiyadan Azərbaycana idxal 42 faiz azalaraq 1,36 milyard dollara düşüb.

Rusiya Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,2 faizini təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,216 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR