İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahirin klubundan Əliyar Ağayevlə bağlı paylaşım - FOTO

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev cümə axşamı keçiriləcək "Hajduk" - "Rakuv Çenstoxova" qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə Polşa klubu rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Xorvatiyanın "Hajduk Split" və futbolçumuz Mahir Emrelinin şərəfini qoruduğu Polşanın "Rakuv Çenstoxova" komandaları arasında keçiriləcək matçı idarə edəcək.

Əliyar Ağayevin qarşılaşmaya baş hakim təyin olunması Azərbaycan futbol hakimliyi üçün növbəti beynəlxalq təyinatdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR