Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın “Amerika” adlandırdığı Ontario gölü öz adını adını 400 ildən çox əvvəl, ABŞ-ın müstəqilliyindən çox əvvəl alıb və o dəyişməyəcək.
Musavat.com xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni X hesabında yazıb: "Ontario gölünün adı hindu xalqı olan Wendat dilində "gözəl göl, böyük göl" mənasını verən “Ontario” sözündən gəlir. Bu ad 400 ildən çoxdur - Kanada Konfederasiyasından və ABŞ-ın Müstəqillik Bəyannaməsindən əvvəl yaranıb. Bilirik ki, Amerika dəyişir. Onun ticarət əlaqələri, xarici siyasəti, milli abidələri və su hövzələrinin adları dəyişir. Kanadalılar həmçinin bilirlər ki, bir şeyi öz adı ilə çağırmaq onu Ontario gölü adlandırmaq deməkdir - o vaxt, indi və həmişə".
Qeyd edək ki, dünən Tramp gölün adını dəyişdirən bir sərəncam imzaladığını və onun dərhal qüvvəyə mindiyini elan edib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ