Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "İslam sivilizasiyası: yeni baxışlar, yeni kəşflər" mövzusunda beynəlxalq mediaforumundan sonra Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin binasının firuzəyi günbəzi, nəhəng tağlı girişləri, islam ornamentləri və xəttatlığı diqqəti cəlb edir.
Musavat.com-un mediforuma qatılan əməkdaşı xəbər verir ki, dünyanın bir çox aparıcı ölkələrindən gəlmiş jurnalistlər Özbəkistanın İslam elmi irsini və ölkənin müasir milli kimliyinin formalaşmasındakı rolunu işıqlandırır, görüntüləri həvəslə lentə alır, öz ölkələrinin mediasında işıqlandırırlar.
Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi ölkənin əsrlər boyu davam edən İslam elmi irsini təmsil edən mühüm mədəni və təhsil müəssisəsi kimi qiymətləndirilir. Jurnalistlərə təqdim olunan vizual materiallarda spzü gedən mərkəsin milli kimliyin möhkəmləndirilməsində, "Üçüncü İntibah" ideyasının təşviqində və Özbəkistanın beynəlxalq mövqeyinin yüksəldilməsindəki əhəmiyyətindən bəhs olunur. Materiallarda Xarəzmi, Biruni, İbn Sina, İmam Buxari və Mirzə Uluqbəy kimi böyük özbək əsilli alimlərin irsi vasitəsilə Orta Asiyanın elm və sivilizasiyanın inkişafına verdiyi böyük töhfəyə diqqət çəkilir.
İslam Sivilizasiya Mərkəzinin əsas fəaliyyəti İslamı təkcə dini konsepsiya kimi deyil, həm də elm, maarifçilik, intellektual düşüncə və mədəniyyət sivilizasiyası kimi təmsil etməkdən ibarətdir. Özbəkistan dünyəvi dövlət olaraq qalsa da, İslam irsini müasir inkişaf və açıq dialoqla ahəngdar şəkildə birləşdirməyə çalışır.
Özbəkistan rəhbərliyi dövlətin yeni imicini formalaşdırmaq üçün İslam irsinin qorunması istiqamətində bu kimi geniş səylərin əhəmiyyətini anlayır. Ölkə rəhbərliyi dünyəvi dövlət yolundan sapmadan islamı dəyərlərin, mənəvi kriteriyaların çulğaşdırmağa çalışır.
Özbəkistan rəsmiləri bu mərkəzə onilliklər boyu davam edən sovet hakimiyyətindən sonra ölkənin tarixi hekayəsini bərpa etmək səylərinin bir hissəsi kimi baxırlar.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov mediaforumda çıxış edərək qeyd edib ki, 35 illik müstəqillik Özbəkistana təkcə siyasi və iqtisadi suverenlik deyil, həm də beynəlxalq səhnədə öz hekayəsini müstəqil şəkildə danışmaq imkanı verib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ