Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Ticarət Komissiyası (FTC) YouTube-ya qarşı istehlakçıların hüquqlarının qorunması qanunlarının mümkün pozuntuları ilə bağlı araşdırma aparır.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, komissiya YouTube ilə bağlı araşdırmanı 2025-ci ildə başladıb və mümkün məhkəmə iddiasının hazırlanmasının son mərhələsindədir. Komissiya platformadakı hesabların dayandırılması hallarını araşdırır və YouTube-un məzmun dərc etmə qaydalarının istifadəçiləri yanıldıb-yanıltmadığını müəyyən etməyə çalışır.
Bloomberg hansı konkret hesabların dayandırılmasının FTC-nin diqqətini cəlb etdiyini müəyyən edə bilməyib. Agentlik xatırladır ki, YouTube 2021-ci ildə Kapitoliyə basqından sonra ABŞ prezidenti Donald Trampın hesabını dondurub. Onun hesabı 2023-cü ildə blokdan çıxarılıb.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ