İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşava Bakını HƏDƏF ALDI - 2 sentyabr yanğını ilə bağlı SENSASİON açıqlamalar - TV Musavat 

Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.

Bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Qeyd edək ki, Polşa mediasında anti-Azərbaycan ritorikası ilk deyil. Avqustun 28-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, görüş zamanı, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.

Polşa mediası bizdən nə istəyir? Son zamanlar sistemli xarakter alan bu hibrid hücumların arxasında hansı güc dayanır? Nəzərə alaq ki, Azərbaycan Polşa ilə normal münasibətlərə malikdir. Polşa Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya baş tutan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın səfəri buna töhfə verir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR