Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən və raket yanacağı istehsal edən "Kamenski kombinatı"na uğurlu zərbə endirildiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, avqustun 16-na keçən gecə həyata keçirilən hücum nəticəsində müəssisənin partlayıcı maddələr və barıt istehsal edən 2 sexi tamamilə məhv edilib, daha 4 sexi isə ciddi zədələnib.
Rəsmi məlumatda bildirilir ki, birbaşa Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan bu strateji kombinat "Uraqan", "Smerç" və "Tornado-S" yaylım atəşli raket sistemləri, habelə digər raket və aviasiya kompleksləri üçün bərk raket yanacağı və döyüş sürsatları istehsal edir.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ