İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk Tramp–Zelenski danışıqlarına sərt qiymət verdi: “Sülh hələ çox uzaqdadır”

Ukraynadakı münaqişənin nizamlanması üzrə sülh danışıqlarının başa çatmasına hələ xeyli yol var.

Musavat.com xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu fikirləri ABŞ-da keçirilən Ukrayna və ABŞ prezidentlərinin görüşündən sonra “X” sosial şəbəkəsində paylaşıb. Onun sözlərinə görə, Floridada baş tutan Donald Tramp və Volodimir Zelenski arasında danışıqlar sülh baxımından hələ yekun mərhələdən uzaqdır.

Polşa hökumətinin başçısı danışıqların müsbət nəticəsi kimi ABŞ tərəfinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazır olduğunu bəyan etməsini qeyd edib. Bununla belə, Donald Tusk vurğulayıb ki, sülhün Rusiyanın şərtləri əsasında bağlanması həm Qərb, həm də Ukrayna üçün məğlubiyyət anlamına gələr.

Onun fikrincə, danışıqlar prosesinin davamı müttəfiqlərin birliyinin qorunmasını və strateji məqsədlərin aydın şəkildə müəyyənləşdirilməsini tələb edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR