Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Tramp üç ölkənin bu addımından məmnunluğunu ifadə edib.
“Mən çox şadam ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nəhayət müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar”, – Tramp bildirib.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişi imzalayıblar. Razılaşmaya əsasən, tərəflərdən birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı hücum kimi qiymətləndiriləcək.
Saziş həmçinin hərbi koordinasiyanın gücləndirilməsini, birgə təlimlərin keçirilməsini və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ