İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın şərəfinə hava limanı, gəmi, veb sayt...

Florida ştatının respublikaçı qubernatoru Ron Desantis Palm-Biç Beynəlxalq Hava Limanının adının ABŞ prezidenti Donald Trampın şərəfinə dəyişdirilməsi barədə qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Bildirilir ki, hava limanının adının dəyişdirilməsi qərarı ötən il Mayami mərkəzində Trampın prezident kitabxanasının tikintisi üçün torpaq sahəsinin ayrılması planının təsdiqlənməsindən sonra qəbul edilib.

Adın dəyişdirilməsi prosedurunu tamamlamaq üçün ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) rəsmi müraciət ünvanlanmalıdır. Qurum uçuş xəritələri və naviqasiya bazalarına müvafiq düzəlişlər etdikdən sonra obyektdəki lövhələr yenilənəcək.

Bundan əlavə, Nümayəndələr Palatasının üzvü Brayan Mast artıq hava limanının üç hərfli kodunun Donald Con Trampın inisiallarına uyğun olaraq PBI-dan DJT-yə dəyişdirilməsi təklifini irəli sürüb.

Trampın adının həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni sinif hərbi gəmilərinə, varlı əcnəbilər üçün viza proqramına və reseptli dərmanların satışı üzrə hökumət veb-saytına verilməsi planlaşdırılır.

ABŞ Maliyyə Nazirliyi təsdiqləyib ki, bu yaydan etibarən Trampın imzası kağız əskinasların üzərində görünəcək.

Bu, ölkə tarixində fəaliyyətdə olan prezidentin Amerika pullarını imzalaması ilə bağlı ilk hadisədir. Bundan əlavə, Federal İncəsənət Komissiyası Birləşmiş Ştatların 250 illiyi münasibətilə siyasətçinin təsviri olan xatirə qızıl sikkəsinin buraxılmasını bəyənib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Trampın adı Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzinə və ABŞ Sülh İnstitutunun binasına da əlavə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR