İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın hədəsinə Tehrandan reaksiya: "Qaçmağa yeriniz olmayacaq"

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampın "Biz İranın enerji sistemini bir saat ərzində məhv edə bilərik, lakin hələ ki bunu etməmişik" bəyanatına kəskin cavab verib.

Musavat.com xəbər verir ki, Laricani "X" sosial şəbəkəsindəki hesabında Trampın hədələrinə qarşı daha qorxunc bir ssenari ilə çıxış edərək, Vaşinqtonun belə bir addım atacağı təqdirdə bütün regionun yarım saatdan az müddətdə qaranlığa qərq olacağını bildirib.

İranlı rəsmi vurğulayıb ki, yaranacaq zülmət qaçmağa çalışan amerikalı hərbçilərin "ovlanması" üçün geniş imkanlar yaradacaq.

Laricaninin bu bəyanatı İranın təkcə öz enerji sistemini deyil, həm də regiondakı ABŞ müttəfiqlərinin və hərbi bazalarının elektrik təminatını sıradan çıxaracaq kiber və raket gücünə malik olduğu mesajını verir.

Analitiklər hesab edirlər ki, Tehran bu ritorika ilə ABŞ-ı asimmetrik müharibəyə çəkmək və fiziki qarşıdurma zamanı qaranlıq faktorundan istifadə edərək yerüstü qüvvələrə ağır zərbələr endirmək niyyətindədir.

Trampın "bir saatlıq məhv" hədəsinə qarşı Laricaninin "yarım saatlıq qaranlıq" cavabı bölgədəki gərginliyi pik həddə çatdırıb və ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti üçün təhlükəni artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR