İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Moskvanın yardımına qaçdı

Qazaxıstanın “Kondensat” Neft Emalı Zavodu Rusiya neftini emal üçün qəbul edəcək.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, Astanada keçirilən hökumət brifinqində açıqlayıb:

“Biz Rusiya Energetika Nazirliyindən rəsmi sorğu aldıq. “Kondensat” Neft Emalı Zavodu Rusiya neftini emal edəcək və istehsal olunan neft məhsullarının 70 faizini Rusiyaya göndərəcək. Hazırda tələb olunan neft məhsullarının - benzin və dizelin – 30 faizə qədərinin Qazaxıstanda qalacağı, qalan hissəsinin isə Rusiyaya göndəriləcəyi barədə razılığa gəlmişik”.

Qeyd edək ki, “Kondensat” neft emalı zavodu Qərbi Qazaxıstan bölgəsini dizel yanacağı və benzinlə təmin etmək üçün “Qaraçaqanak” yatağında inşa edilib. 2017-ci ildə zavodun gücü ildə 650.000 tondan 850.000 tona qədər artırılıb.

Rusiyanın illik benzin istehlakı 20 milyon tondur. Ukraynanın zərbələri bu həcmin 30 faizə yaxınını istehsal edən zavodların fəaliyyətini ya tam, ya da qismən dayandırmasına gətirib çıxarıb. Ukraynanın zərbələri davamlı olduğu üçün Rusiya artıq zavodların bərpasındansa, yanacağı idxal etməyə üstünlük verməyə başlayıb. Hindistan, Belarus, Türkiyə, Qazaxıstan və digər ölkələrdən yanacaq alınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR