Onlayn ictimai-siyasi qəzet
Ermənistanda böyük korrupsiya qalmaqalı baş qaldırıb.
Musavat.com xəbər verir ki, Respublikanın Baş Prokurorluğu dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb.
İş üzrə ölkənin iki keçmiş rəhbəri - ikinci prezident Robert Köçəryan və üçüncü prezident Serj Sarkisyan təqsirləndirilən şəxslər kimi keçir.
Məlumata görə, istintaq rəsmi olaraq avqustun 24-də başlanıb. Keçmiş dövlət başçıları ilə yanaşı, daha 8 nəfərə də ittiham irəli sürülüb.
Onların arasında ikinci prezidentin böyük oğlu Sedrak Köçəryan, İrəvanın keçmiş meri Qagik Beqlyaryan, həmçinin Köçəryanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş mərhum keçmiş baş nazir Andranik Markaryan da var.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan artıq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasına gəlib və hazırda oradadır. O, binaya daxil olarkən jurnalistlərə bildirib ki, hələlik ona qarşı irəli sürülən iddiaların detalları barədə məlumatı yoxdur.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ