Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldıqdan sonra səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, məlumata görə, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb.
Bundan əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Köçəryanın böyük oğlu Sedrak Köçəryanın saxlanıldığını açıqlayıb. Ümumilikdə cinayət işi çərçivəsində 6 nəfərin saxlanıldığı bildirilib.
Erməni istintaq orqanlarının məlumatına görə, Köçəryan prezident olduğu dövrdə dövlətə məxsus qiymətli əmlakların müxtəlif sxemlər vasitəsilə bazar qiymətindən xeyli aşağı qiymətə əldə edilməsində ittiham olunur. İstintaqın versiyasına əsasən, söhbət vəzifədən sui-istifadə və digər korrupsiya xarakterli əməllərdən gedir.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ