Onlayn ictimai-siyasi qəzet
ABŞ Yəməndəki Husi üsyançı hərəkatı olan Ənsar Allahla əlaqə saxlayır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə söhbətində Səudiyyə Ərəbistanına endirilən zərbələri şərh edərkən deyib: "Husilərlə əlaqə qurduq və bundan sonra nə olacağını görəcəyik. Amma etdikləri çox pis idi. Bu hücum dəhşətli idi".
O, krallığın belə vəziyyətlərdə özünü müdafiə etmək hüququna malik olduğun qeyd edib.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində ən azı 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Ölənlər arasında bir amerikalı da var.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ