İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə “Qafqaz mafiyası”nın başçısını güllələdilər – Qətl anbaan kamerada / VİDEO 18+

İlk yayınlanma vaxtı 25.08.2026 14:27 - YENİLƏNİB

İsrail mediasının “Qafqaz mafiyası”nın rəhbəri kimi təqdim etdiyi Yanis Yuşvayev gündüz saatlarında silahlı hücum nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, hadisə İsrailin Qeysəriyyə şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən görünür ki, kapüşonlu və papaqlı şəxs əvvəlcədən obyektin çıxışında gözləyir. Yuşvayev iki nəfərlə birlikdə restorandan çıxan kimi silahlı şəxs qəfil arxaya çevrilərək ona yaxın məsafədən atəş açır.

Ağır yaralanan Yuşvayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hücum edən şəxs isə hadisə yerindən qaçıb.

İsrail polisi qətlin kriminal qruplaşmalar arasındakı qanlı qarşıdurma ilə əlaqəli olduğunu ehtimal edir. Bölgədə nəzarət-buraxılış məntəqələri qurulub, axtarışlara helikopter də cəlb edilib. İsrail polisinin baş komissarı Dani Levi də hadisə yerinə gəlib. (Mənbə-Ynet⁠)

40 yaşlı Yanis Yuşvayev uzun müddət İsrail polisinin əsas nəzarətində olan kriminal fiqurlardan biri sayılıb. Onun adı silahlı hücumlar, qumbara atılması, avtomobillərin yandırılması, hədə-qorxu və cinayətkar qruplar arasındakı hesablaşmalarla bağlı müxtəlif araşdırmalarda hallanıb. Lakin sübut çatışmazlığı səbəbindən işlərin əksəriyyəti məhkumluqla nəticələnməyib.

Yuşvayev təxminən 10 il əvvəl də silahlı hücuma məruz qalmış, lakin sağ qalmışdı. 2021-ci ildə isə bir iş adamından 1,1 milyon dollar tələb etmək və onu ölümlə hədələmək ittihamı ilə barəsində cinayət işi açılmışdı. Özü bütün ittihamları rədd edir, restoran sahibi və qanuni fəaliyyət göstərən iş adamı olduğunu bildirirdi. (Mənbə-The Times of Israel⁠)

Musavat.com yanacaqdoldurma məntəqəsində baş verən qətlin təhlükəsizlik kamerasına düşmüş görüntülərini təqdim edir.

Xəbərdarlıq: Videoda narahatedici kadrlar var.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR