Onlayn ictimai-siyasi qəzet
İranın Xarici İşlər Naziri Abbas Əraqçi İsrailin Baş naziri Binyamin Netanyahunu kəskin tənqid edərək onu ikilüzlü siyasətdə ittiham edib və "ilan" adlandırıb.
Musavat.com xəbər verir ki, İran diplomatik idarəsinin rəhbəri bu barədə özünün rəsmi açıqlamasında bildirib.
Əraqçinin sözlərinə görə, İsrail hökumətinin başçısı müxtəlif auditoriyalar qarşısında tamamilə fərqli mövqelər nümayiş etdirir. "İbrani dilində konuşarkən Netanyahu ABŞ administrasiyasını İsrailin maraqları naminə İranla müharibəyə cəlb etməsi ilə açıq şəkildə öyünür. O, Amerika telekanallarında 1000 saatdan çox efir vaxtı vasitəsilə Amerikaya necə 'təsir göstərdiyinə' açıqca rişxənd edir. İngilis dilində isə tam əksinə, ABŞ Prezidentinin liderliyini göylərə qaldırır. İlan", – deyə İran XİN rəhbəri vurğulayıb.
Tehran rəsmisinin bu sərt bəyanatı İsrail və Birləşmiş Ştatların regiondakı birgə hərbi-siyasi addımlarına cavab reaksiyası kimi qiymətləndirilir.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ