Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğının genişlənməsinin qarşısı alınıb, digər taxta kipləri və sexləri mühafizə olunub.
“Report”un hadisə yerində olan müxbirinin məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə deyib.
Onun sözlərinə görə, hazırda kiplənmiş taxtaların sökülərək söndürülməsi istiqamətində işlər aparılır: “Hadisə yerində heç bir xəsarət faktı qeydə alınmayıb. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacaq və ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək” .
Bizim Telegram kana
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ