Onlayn ictimai-siyasi qəzet
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib.
Musavat.com Manset.az-a istinadən xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb.
Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir.
Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:
"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram".
Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ