Onlayn ictimai-siyasi qəzet
Türkiyənin dənizçilik şirkəti Qara dənizdə "RMS TEAM" konteyner gəmisinin hücuma məruz qalması barədə yayılan məlumatları rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə yükdaşıyan şirkətin yaydığı rəsmi bəyanatda bildirilib.
Məlumata görə, Türkiyənin Gemlik limanından Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən gəmi dənizdə kritik zərbə alaraq ağır zədələnib. Hadisə nəticəsində heyət üzvlərindən bir dənizçinin itkin düşdüyü bildirilir. Şirkət nümayəndələrinin açıqlamasına əsasən, konteyner gəmisi daşıdığı yüklə birgə sıradan çıxıb və gəminin bərpası artıq mümkün deyil.
Hadisənin dəqiq hansı vasitə ilə törədildiyi və hücumun kim tərəfindən təşkil olunduğu ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ