Onlayn ictimai-siyasi qəzet
Hazırda “Brent” markalı neftin bir barreli 94,39 dollara, yüngül neftin bir barreli isə 87,06 dollara təklif edilir.
Musavat.com xəbər verir ki, qlobal energetika birjalarda müşahidə olunan bu artım tendensiyası Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər və strateji dəniz keçidlərində tədarük zəncirinin pozulması riski ilə birbaşa əlaqələndirilir.
Analitiklərin fikrincə, təklifin məhdudlaşması və böyük iqtisadiyyatların neft ehtiyatlarının azalması fonduna tələbatın sabit qalması qiymətlərin yuxarı istiqamətdə hərəkətini sürətləndirib. Eyni zamanda, OPEC+ ölkələrinin hasilat kvotalarına sərt riayət etməsi və bəzi iri neft hasilatçılarının ixracı məhdudlaşdırmaq qərarları bazarda təzyiqi daha da artırır.
Bazar mütəxəssisləri bəyan edirlər ki, geosiyasi risklər zəifləməyəcəyi təqdirdə "Brent" neftinin qiymətinin yaxın dövrdə 100 dollar həddini aşması istisna olunmur. Yaşanan bu bahalaşma artıq qlobal bazarlarda yanacaq qiymətlərinə və ümumi inflyasiya göstəricilərinə də birbaşa təsir göstərməyə başlayıb.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ